escape room

60 dəqiqəliyinə siz unikal hisslərə qapılıb bütün adi şeyləri unudacaqsınız

Sonra isə uzun müddət yaşadıqlarınızı xatırlayacaq və bu barədə bütün dostlarınıza danışmaq istəyəcəksiniz

Klaustrofobiya bir macəradır

Bu reallıqda kvestdir. Bütün bilməcələri həll edin, gizli yerləri tapın, məsləhətlərdən, bütün mümkün olan əşyalardan istifadə edin, açarları çıxardın və qələbəyə qapı açın.

  • Bu bir kino və ya kompüter oyunu kimidir, sadəcə hər şey reallıqda baş verir.

    Artıq filmlərə baxmağa və ya kompüter oyunları oynamağa ehtiyac qalmır, çünki Siz özünüz onların bir hissəsi ola bilərsiniz.

  • Bu 2-dən 4-ə qədər dost və ya ailə üzvü üçün komanda oyunudur

    Və burada qələbəyə əsas açarınız komanda işidir.

  • Sizi tematik otaqda kilidləyirlər

    Əslində bu heç otaq da deyil. Bu kosmik gəmi, zirzəminin tərk edilmiş dəhlizləri və ya bomba sığınacağı ola bilər – hər kvestin öz unikal ssenarisi və dekorasiyaları var. Sadəcə bir müddət üçün qapının o biri tayında qalanları unudun.

  • Missiyanı yerinə yetirmək üçün çalışmaq lazım olacaq

    Otaqda istənilən predmet "oynaya" və qələbə üçün çatmayan pazl hissəsi ola bilər. Burada hər əşyaya toxunmaq, hərəkətə gətirmək, bir-biri ilə kombinasiya etmək olar. Gözlənilməz köməyi və qərarları axtarın və çox diqqətli olun.

  • Bütün bunları etmək üçün 60 dəqiqəniz olacaq

    Əgər kvestin keçməsinə bir saat yetərli olmadısa, qapılar onsuz da açılacaq, amma siz qalib olmayacaqsınız.

Missiya seçin

Qapının açılması üçün açarları axtarmaq, tapmacaları tapmaq və həddən artıq diqqətli olmaq lazımdır. Ola bilsin ki, burada sizin erudisiyanız və məktəb illərində əldə etdiyiniz biliklər lazım olacaqdır, lakin məntiq, sürətli reaksiya vermık və komanda ruhu da heç də artıq olmayacaqdır. Otaqdan qalib və ya məğlub çıxmaq yalnız sizin özünüzdən asılı olacaqdır.

otaqdan çıxmaq

Qulliverin axtarışında

Qulliver sizi nəhənglərin ölkəsinə ikinci səyahətinə götürür. Lakin siz Brobdinqneqə gələn və nəhənglərdən birinin evinə daxil olan kimi, Qulliverin özü harasa yoxa çıxır. Sirli bir pıçıltı sizə xəbər verir ki, bura bir saatdan sonra özünə siçan tutması üçün pişik buraxacaqlar. Ölçülərə görə siz tam uyğun gəlirsiniz, Mırmırıq isə yeməyi gözdən keçirməyə adət etməmişdir. Buradan qaçmaq vaxtıdır! Kvesti keçmək üçün rahat paltar və ayaqqabı geymək məsləhət görülür.

  • Baku
  • AZ1000, Bakı şəhəri,Xətai r-nu, Nəcəfgulu Rəfiyev küç. 14
  • +994775001001
  • 2-5 oyunçu
  • 60 dəqiqə

Under Construction


İştirakçıların minimum yaşı: 8 yaşından başlayaraq valideynlərlə, 14-dən başlayaraq valideynlərsiz

Oyun vaxtını seçin

otaqdan çıxmaq

Tərk edilmiş sığınacağın sirri

Kiçik bir şəhərciyin kənarında qaranlıq meşə və bu meşənin dərinliklərində tərk edilmiş bir sığınacaq var. Yerli sakinlər deyirlər ki, uzun illər bundan əvvəl bu sığınacağın direktoru özünün ölümsüzlüyünün əvəzini uşaqların ruhları ilə ödəmişdir. Daha sonra sığınacaq qəfildən bir gecədə boşalmışdır. Siz bunun «mənasız, cəfəng uydurmalar» olduğu qərarına gələrək və qorxulu nağıllardan olan bu yeri araşdırmağa yollanırsız. Budur siz burada, tərk edilmiş binadasınız. Geri qayıtmaq vaxtıdır, lakin, deyəsən, nə isə və ya kim isə sizə asanlıqla getməyə imkan verməyəcək.

  • Baku
  • AZ1000, Bakı şəhəri,Xətai r-nu, Nəcəfgulu Rəfiyev küç. 14
  • +994775001001
  • 2-5 oyunçu
  • 60 dəqiqə

Under Construction


İştirakçıların minimum yaşı: 14 yaşından başlayaraq valideynlərlə, 16-dən başlayaraq valideynlərsiz

Oyun vaxtını seçin

Əlaqə

AZ1000, Bakı şəhəri,Xətai r-nu, Nəcəfgulu Rəfiyev küç. 14

Bizimlə əlaqə:

Əgər sizin hər hansı bir sualınız, təklifiniz varsa və ya sadəcə özünüzü yalnız hiss edirsinizsə ;)

Siz həmçinin bizə zəng vura bilərsiniz: +994775001001




"Klaustrofobiya" layihəsi haqqında

Klaustrofobiya sizin təəssüratlarınızın, hansısa yeni bir işdə özünüzü sınamaq və adi çərçivələrin kənarına çıxmaq imkanı əldə etmənizin tarixidir. Biz fəxr edirik ki, Rusiyada birinci olaraq reallıqda kvestlər şəbəkəsini yaratdıq və siz hər kvestimizdə yeni unikal tarixi yaşamaq imkanı əldə edə bilərsiniz.

Kvestlər “Klaustrofobiyalar” bütün dünya üzrə:

  • Moscow

    Nizhny Novgorod

    Moscow

    Moscow

  • Moscow

  • Andorra

    Krasnodar

    Moscow

  • Moscow

    Moscow

    Moscow

“Klaustrofobiya” rəqəmlərdə:

9
ölkə

126
kvestlərin

131
unikal ssenari

14
şəhərlər

4
iş illəri

638532
oyun oynanmışdır

1545380
otaqdan çıxa bilənlər